Bizi izləyin:

Sraudit

Sraudit

Home Audit xidməti

Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir.

Şirkətimizin audit xidmətlərinə əsasən aşğıdakı audit xidmətlər daxildir:

  • İllik maliyyə hesabatlarının auditi;
  • Vergi bəyannamələrinin auditi;
  • Ayrı-ayrı biznes əməliyyatlarının auditi;
  • Əmlakın qiymətləndirilməsinin düzgünlüyünün və nizamnamı kapitalının təsdiqi;
  • Xüsusi audit tapşırıqları.

Maliyyə hesabatlarının auditi maliyyə hesabatlarının istifadəçiləri tərəfindən istifadə olunan məlumatların etibarlılığına və dürüstlüyünə zəmanət verir. Maliyyə hesabatlarının istifadəçiləri müəssisənin rəhbərliyindən, sərmayədarlardan, borcverən və kreditorlardan, muzdlu işçilərdən, analitiklər və məsləhətçilərdən, hökumət və cəmiyyətdən, habelə işgüzar təmas qruplarından ibarətdir.

Vergi və maliyyə risklərinin auditi sahibkarların vergi yoxlamalarından daha əvvəl öz vergi risklərini müəyyənləşdirməyə və aradan qaldırmaq üçün tədbirlər görməyinə imkan verir.

Digər əlaqəli audit xidmətlərinə nizamnamə kapitalının təsdiqi, əmlakın qiymətlərndirilməsinin təsdiqi, aidiyyatı şəxslərlə bağlanmış müqavilələrin auditi kimi çoxsaylı digər xidmətləri əhatə edir.